"Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.
“Premium Bank”ın rəhbərliyinə yeni təyinat olub
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, o, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə "Azərpoçt"un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İH-nin üzvü olub.(Report)













