Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 12 milyon 390 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 522 min manat və ya 14,0% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 10 milyon 868 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 5 milyon 20 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 874 min manat və ya 59,6% çoxdur. Ötən ilin eyni dövründə 3 milyon 146 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 40,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 11,5 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 29,0% təşkil edib.












