Azərbaycanda 7 sığorta şirkətinin iştirakı ilə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin yaradılmasına yekun qərar verilib.
Eləcə də bax: Azərbaycanda şirkət öz mənfəətinin 10%-ni - İŞÇİLƏRİNƏ AYIRDI
FED.az xəbər verir ki, artıq bununla bağlı Azərbaycan Mərkəzi Bankına ilkin müraciət göndərilib.
Eləcə də bax: Təcili: Azərbaycanda müştərək sığorta - Şirkəti Yaradılır - DETALLAR
Yeni maliyyə qurumu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu ilə əməkdaşlıq edəcək. Onun nizamnamə kapitalının 2 187,5 min manat olması nəzərdə tutulub. Başqa sözlə, hər səhmdara 312,5 min manat düşəcək.
"Report"