Azərbaycanda 2025-ci ilin yanvar-noyabr ayları ərzində kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 12 milyon 392 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 458 min manat və ya 13,3% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 10 milyon 934 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 7 milyon 722 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 68 min manat və ya 66,0% çoxdur. Ötən ilin eyni dövründə 4 milyon 654 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 62,3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 19,7 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 42,6% təşkil edib.












