“Aqrar Sığorta” ASC bu ilin ilk 11 ayı ərzində 16 milyon 50 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, son bir illə müqayisədə 3 milyon 221 min manat və ya 25,1% artım deməkdir.
Bu dövrdə ödənişlər isə 2 milyon 403 min manat (42,8%) artaraq 8 milyon 16 min manat olub. Ötən il ödənişlər 5 milyon 613 min manat olmuşdu.












