«Azsığorta» ASC-nin rəhbərliyində dəyişiklik olub. Şirkətin Direktorlar Şurasının üzvü olan Anar Talıbov vəzifəsini tərk edib. A.Talıbov özü FED.az-a xəbəri təsdiqləyib. Bildirib ki, şirkəti başqa işə keçməsi ilə əaqədar olaraq tərk edir.
Eləcə də bax: Sığorta şirkətinin rəhbərliyində dəyişiklik – VƏZİFƏSİNİ TƏRK EDİR
Xatırladaq ki, A.Talıbov bir neçə həftə əvvələ qədər «Azsığorta»nın idarə heyətinin sədri idi və sentyabrın sonunda Direktorlar Şurasının üzvü təyin edilmişdi.
Qeyd edək ki, «Azsığorta» 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin sahibi (səhmlərinin 100%) Hikmət Abuzər oğlu İsmayılovdur. Sözügedən şəxs eləcə də (“AFB Bank” ASC-nin 99,64%-lik, “Bank of Baku” ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.