Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "Gallagher Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkətini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv etdi
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 96-ə çatıb.
Bundan əvvəl ötən ilin dekabr ayında Lüksemburqun “Howden Specialty Luxembourg, S.ά.r.l” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Volante (DIFC)" şirkətləri sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.