Azərbaycan Mərkəzi Bankı (AMB) “Odlar Yurdu Sığorta Brokeri” MMC-yə verdiyi lisenziyanı ləğv edib.
FED.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Məlumata görə, bu qərar aprelin 9-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.
Lisenziya “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında ləğv olunub.