Azərbaycan Mərkəzi Bankı (AMB) Lüksemburqun “Howden Specialty Luxembourg, S.ά.r.l” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Volante (DIFC)" şirkətlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
Azərbaycanda könüllü əmlak sığortası üzrə ödənişlər - 36% ARTIB
FED.az xəbər verir ki, bu barədə AMB bildirir.
Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 95-ə çatıb.
Bundan əvvəl noyabrda Türkiyənin "BMS Group Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkəti sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.
Xatırladaq ki, “Howden Specialty Luxembourg, S.ά.r.l” 2019-cu ildən, "Volante (DIFC)" isə 2021-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir. (Report)