Həyatın yaşam sığortası daha fərqli formada təqdim ediləcək.
AMB investisiya şirkətlərinin mənfəətliliyinin azalmasına münasibət bildirib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov bu gün keçirilən “Maliyyə Sabitliyi Hesabatı”nın təqdimatı zamanı məlumat verib.
Onun sözlərinə görə, Mərkəzi Bank hər hansı bir sığorta növü üzrə sığorta haqlarının azalmasının kompensasiya olunmasından deyil, sığorta əhatəliliyinin artırılması üçün addımlar atır: “Hazırda həyatın yaşam sığortası ilə bağlı qiymətlərin tənzimlənməsi istiqamətində müəyyən işlər aparılır. Həmçinin həyat sığortası ilə bağlı qeyd etdiyimiz kimi həyatın yaşam sığortası ilə bağlı həm qiymətin tənzimlənməsi üçün müəyyən işlər aparılır. Təbii ki, burda əsas məqsəd vətəndaşların investisiya aləti kimi daha çox yararlandığı həyatın yaşam sığortasının könüllü artmasıdır. Bunun daxilində də sığorta şirkətlərinin təqdim etdiyi xidmətlərin əhatəsinin genişləndirilməsidir” – deyə Vüsal Qurbanov qeyd edib.
O əlavə edib ki, bu konsepsiya ilə bağlı ictimaiyyətə məlumat veriləcək: “Hazırda mövcud həyatın yaşam sığortası məhsulunun daha təkmil və fərqli bir modeldə işlənməsi prosesi davam etdirilir.”
Tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə isə bildirib ki, ötən il dövlət müəssisələrinin bu məhsuldan faydalana bilməyəcəyi açıqlanmışdı: “Bununla belə, əmək bazarında dövlət sektorunu əvəz edə biləcək kifayət qədər potensiala malik özəl sektor mövcuddur. Əgər sığorta şirkətləri bu seqmenti cəlb edə bilsələr, onda həyatın yaşam sığortasında azalma müşahidə olunmamalıdır,” – deyə o vurğulayıb.