İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb.
Maliyyə Nazirliyinin depozit hərracları depozit faizlərinə azaldıcı təsir göstərə bilər
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov bu gün keçirilən “Maliyyə Sabitliyi Hesabatı”nın təqdimatı zamanı məlumat verib.
Onun sözlərinə görə, Azərbaycandakı investisiya şirkətlərinin xalis mənfəətinin azalması əsasən gəlirlərin stabil qalması, xərclərin isə artması ilə bağlıdır.
Tərlan Rəsulov qeyd edib ki, xərclərin artmasına bir neçə amil təsir göstərib: “İnfrastruktur və texnologiyaya qoyulan investisiyalar, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, həmçinin AMB tərəfindən tətbiq olunan yeni standartların artması xərcləri artırıb. Buraya İT xərcləri və korporativ standartlara uyğun insan resursları ilə bağlı məsrəflər də daxildir.”
O əlavə edib ki, növbəti dövrlərdə bu xərclərin artım dinamikasının davamlı olacağı gözlənilmir: “Müəyyən qədər sabitləşmə müşahidə olunacaq.”