Azərbaycan Mərkəzi Bankı (AMB) "Confident 2024" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib.
Azərbaycanın sığorta şirkətlərini hansı şirkətlər yoxlayır? – SIĞORTA ŞİRKƏTLƏRİ, AUDİTORLAR
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Beləliklə, hazırda Azərbaycanda 53 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir.
Xatırladaq ki, "Confident 2024" bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır.