“AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq.
Eləcə də bax: "AG Bank" və "NBC Bank"dakı əmanətlər barədə - FONDDAN AÇIQLAMA
FED.az xəbər verir ki, ADIF-dən bildirilib ki, əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 14 may tarixli qərarı ilə “NBC Bank” ASC, 2020-ci il 14 may tarixli qərarı ilə isə “AG Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Məhkəmə qərarlarına əsasən, Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib.