Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir.
Eləcə də bax: Bağlanan bankdakı pullar - HANSI NÖVBƏ İLƏ ÖDƏNİLƏCƏK - SİYAHI
FED.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, “AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaqdır.
Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcəkdir.
Əlavə olaraq Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC, 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə isə “AG Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilmişdir.