“A-Qroup Sığorta Şirkəti” ASC bu ilin ilk 7 ayı ərzində 10 milyon 29 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 451 min manat, başqa sözlə 4,7% artıb. Əvvəlki ilin eyni dövründə “A-Qroup”-un yığımları 9 milyon 578 min manat olmuşdu.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği 6 milyon 343 min manat olub. Ötən ilin eyni dövründə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 7 milyon 856 min manat sığorta ödənişi edilib.