2024-ci ilin yanvar-iyul aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 9.5% artaraq 833 milyon 851 min manata çatıb.
Azərbaycanın sığorta şirkətlərini hansı şirkətlər yoxlayır? – SIĞORTA ŞİRKƏTLƏRİ, AUDİTORLAR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 55.6% artaraq 440 milyon 192 min manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 7 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 37.1 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 52.8 manat olub.