Daxili turlar zamanı hadisələr qaçılmaz olsa da, buna baxmayaraq sığorta edənlər yoxdur.
Azərbaycanda tibbi sığorta üzrə ödənişlər 6% azalıb
FED.az xəbər verir ki, ekspertlər bildirir ki, xarici turlardan fərqli olaraq daxili turlarda vəziyyət fərqlidir.
Xarici ölkələrdə hər hansı bir hadisə zamanı xərclərin çox olmasını nəzərə alaraq insanlar sığırtaya meyl edirlərsə, daxili turizmdə bunu demək olmaz.
"Qiyməti belə xarici səfər siğortasından qat-qat ucuz olsa da vətəndaşlar bu sığortanı etmirlər."
Siğortaçılar isə bildirir ki, bu məsələdə ilk öncə öhdəlik turizm agentlərinin üzərinə düşür.
Ekspert Vüsal Bədəlovun sözlərinə görə, hətta avtobusla səyahət zamanı sərnişin qismində olacaq tursitlərin icbari siğorta növü var ki, bunu da heç kəs etmir.
Ekspert bildirir ki, bu sığorta ildə bir dəfə daşımaçı şirkət tərəfindən edilir və mümkün risklər öncədən alınır. Ümumilikdə isə bir nəfər üçün sığorta haqları bir günlük 2,50 qəpik - 3 manatdan başlayır. (Xezerxeber.az)