2020-ci ildə fəaliyyətinin yekunları üzrə “A-Qroup” sığorta şirkətinin xalis mənfəəti 2 mln. 813 min 170,82 mаnаt təşkil edib.
Eləcə də bax: “Rəvan Sığorta”nın öhdəlikləri “A-Qrup Sığorta”ya ötürülüb
FED.az xəbər verir ki, bu barədə sığorta şirkətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ildə fəaliyyətinin yekunları üzrə “A-Qroup”un xalis mənfəəti 1 mln. 625 min 124,59 mаnаt təşkil edib. Beləliklə, ötən il şirkətin xalis mənfəəti 2019-cu illə müqayisədə 73,1% artıb.
“A-Qroup” şirkətinin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2020-ci il ərzində onun gəlirləri 17 mln. 232 min 308,16 mаnаt, o cümlədən birbaşa sığorta haqları 17 mln. 54 min 60,31 manat (2019-cu illə müqayisədə artım 12,8% - İF), investisiya gəlirləri 184 min 500,08 manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 13 mln. 715 min 844,63 manat, sığorta ödənişlərinin həcmi 8 mln. 475 min 960,6 manat (2019-cu illə müqayisədə azalma 0,7%), qaytarılan sığorta haqları 392 min 350,25 manat, sığorta işinin aparılması xərcləri 2 mln. 735 min 188,02 manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2020-ci ildə şirkətin vergi ödənilənədək mənfəəti 3 mln. 516 min 463,53 manat, mənfəət vergisi üzrə ödənişləri 703 min 292,71 manat təşkil edib.
Ötən il “A-Qroup”un aktivləri 14,9% - 28 mln. 280 min 582,72 manatadək, öhdəlikləri 17,4% - 14 mln. 147 min 145,62 manatadək, kapitalı 12,5% - 14 mln. 133 min 437,1 manatadək artıb, nizamnamə kapitalı isə dəyişməz qalıb (10 mln. 5,25 min manat).
2020-ci ildə şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 34,5% - 5,76 mln. manatadək artıb.
“A-Qroup” ASC 1996-cı ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə ölkənin 15 aparıcı sığorta şirkəti sırasına daxildir. (İnterfaks)