Azərbaycanda pambıq bitkisi 100,3 min hektar ərazidə əkilir.
FED.az xəbər verir ki, bunun böyük hissəsi – 90,7 min hektarı Aran regionunun payına düşür.
Ölkənin əsas pambıqçılıq rayonları Saatlı, Sabirabad, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Salyandır.
Bundan başqa, pambıq Goranboy rayonunda (Gəncə-Qazax regionu), Cəlilabad rayonunda (Lənkəran regionu), Füzuli, Ağdam və Tərtər rayonlarında (Yuxarı Qarabağ regionu) və Ağsu rayonunda (Dağlıq Şirvan regionu) əkilir.
Ölkə üzrə pambıq sahələrinin orta məhsuldarlığı 33,6 sentner təşkil edir.
1 kiloqram pambığın orta satış qiyməti 65 qəpikdir.
Bu hesabla pambıq tarlasında hər 1 hektardan alınan məhsulun ümumi dəyəri təqribən 2200 manat təşkil edir.
Aqrar sığorta qaydalarına əsasən, Azərbaycanda bitkilərin sığorta tarifləri, iqlim və təbiət hadisələrini nəzərə alaraq, ölkənin regionları üzrə fərqlənir.
Belə ki, pambıq məhsulu üzrə sığorta tarifi Aran regionunda 0,95%, Yuxarı Qarabağda 1,18%, Gəncə-Qazax regionunda 2,91%, Lənkəran regionunda 0,79%, Yuxarı Şirvan regionunda 1,35% təşkil edir.
Məhsuldarlıq göstəricisi, qiyməti və sığorta tarifini nəzərə alaraq, 1 hektar pambıq sahəsinin orta sığorta haqqı aşağıdakı kimidir.
Aran regionu - təqribən 21 manatdır.
Bundan:
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 10,5 MANAT
Dövlətin ödədiyi məbləğ – 10,5 manat
Yuxarı Qarabağ regionu - təqribən 26 manatdır.
Bundan:
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 13 MANAT
Dövlətin ödədiyi məbləğ – 13 manat
Lənkəran regionu (Cəlilabad) - təqribən 18 manatdır.
Bundan:
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 9 MANAT
Dövlətin ödədiyi məbləğ – 9 manat
Gəncə-Qazax regionu (Goranboy) - təqribən 64 manatdır.
Bundan:
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 32 MANAT
Dövlətin ödədiyi məbləğ – 32 manat
Dağlıq Şirvan regionu (Ağsu) - təqribən 30 manatdır.
Bundan:
FERMERİN ÖDƏDİYİ MƏBLƏĞ – 15 MANAT
Dövlətin ödədiyi məbləğ – 15 manat
Qeyd: Hesablama - ölkə üzrə orta statistik məlumatları nəzərə almaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Daha ətraflı: https://asf.gov.az/bitkichilik