“Zəyəm Texnologiyalar Parkı” ASC (ZTP) 18 milyon manat məbləğində səhmlərin əlavə emissiyasının yerləşdirilməsindən cəlb olunan vəsaiti əsasən borcların ödənilməsina yönəltməyi planlaşdırır.
Eləcə də bax: “Zəyəm Texnologiyalar Parkı”nın - Səhmləri Birjada
FED.az xəbər verir ki, cəmiyyətin səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) abunə yazılışı üsulu ilə həyata keçiriləcək. Abunə yazılışı 2021-ci il 31 avqust - 29 oktyabr tarixləri aralığını əhatə edəcək. “Zəyəm Texnologiyalar Parkı” ASC-nin səhmləri BFB-də listinqə daxil edilib.
Cəmiyyət səhmlərin əlavə emissiyasından əldə edilən vəsaitləri 17 milyon 876,442 min manat məbləğində qiymətləndirilən borcların ödənilməsinə, qalan məbləği isə şirkətin cari fəaliyyətinə yönəldəcək.
2020-ci ilin sonuna ZTP-nin nizamnamə kapitalı 305,246 min manata bərabərdir.
Şəmkir şəhərində fəaliyyət göstərən “Zəyəm Texnologiyalar Parkı” ASC kənd təsərrüfatı sektoru üçün metal konstruksiyalar, avadanlıqlar və digər məhsulların istehsalını həyata keçirir. 2020-ci ilin sonuna cəmiyyətin aktivləri 17,2 milyon manat məbləğində qiymətləndirilir.(İnterfaks)