26 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin ümumi dəyəri 18 000 000 ( on səkkiz milyon ) manatolan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 2021-ci il 31 avqust – 29 oktyabr tarixləri aralığını əhatə edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmışyerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsindəinvestorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti”-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində“Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler)bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
Səhmin növü və forması |
Səhmlərin sayı |
Nominal Dəyəri |
AZ1001003453 |
Adi adlı sənədisiz səhm |
18,000,000 |
1 AZN |
Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər”(https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)bölməsində yerləşdirilmişdir.