2021-ci ildə “Zəyəm Texnologiyaları Parkı” ASC-nin əsas səhmdarı “Azmade Group” öz payını 97.06%-dək artırıb.
Eləcə də bax: Zəyəm Texnologiyalar Parkına yeni rəhbər - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə ASC-nin maliyyə hesabatında bildirilir.
2020-ci ilin yekunları üzrə “Zəyəm Texnologiyaları Parkı”nın kapitalında “Azmade Group”un payı 81.08% təşkil edib.
“Azmade Group”un payının artımı fiziki şəxslərin paylarının azalması hesabına baş verib. Fiziki şəxslərin payı 18.92%-dən 2.94%-dək azalıb.