Şəmkirdə metal konstruksiya, kənd təsərrüfatı avadanlqıqları və dəqiq metal məhsullarının istehsal edən “Zəyəm Texnologiyalar Parkı” Açiq Səhmdar Cəmiyyətinin (ZTP) yeni baş direktoru təyin edilib.
Eləcə də bax: “Aqrar Sığorta”nın İdarə Heyətinə - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, iyun ayından etibarən ZTP-yə Vüqar Sadıqzadə Əyyub oğlu ZTP-nin rəhbərlik – baş direktorluq edəcək. O, bu vəzifədə Elxan Hacıyev Çingiz oğlunu əvəzləyib.
Vüqar Sadıqzadə buna qədər “Azertenolayn” MMC və “EmbaWood” MMC-də çalışıb.
ZTP şirkəti hüquqi şəxs kimi 2002-ci ildə yaradılıb. Onun səhm kapitalı 18 305 246 manatdır. Şirkətin səhmlərinin 91%-i “Azmade Group” MMC-dir. Emin Bağırov Parkın Müşahidə Şurasının sədridir. Zəyəm Texnologiyalar parkının əsası isə 1962-ci ildə qoyulmuş və “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyətə başlamışdır.
1966-ci ildən SSRİ Traktor və Kənd təsərrüfatı Maşınqayırma Nazirliyinin tərkibinə verildikdən sonra STX-30 markalı kartofu anbarlarlara yığıb boşaldan transportyorlar sistemi, CNU markalı çuğundur çıxaranlar, MOS-300 markalı toxumyuyan maşınlar, Balıq mühafizə qurğuları, TXB-20 markalı transportyorlar komplekti, kənd təsərrüfatı malları ehtiyat hissələri istehsal edilmişdir.
30 iyun 2014-cü ildə səhimdarların ümumi yığıncağı zamanı tərtib edilmiş protokola əsasən “Zəyəmkəndmaş” ASC-nin adı “Zəyəm Texnologiyalar Parkı” ASC olaraq dəyişdirilmişdir.