Yaponiyanın "TET International Development" şirkəti Azərbaycanda bu il daha iki tütünqurutma müəssisəsi açacaq. Yeni tütün müəssisələrinin açılışı iyulun 9-da Tovuzda, 12-də isə Zaqatalada baş tutacaq.
Eləcə də bax: Yapon şirkəti Azərbaycanda - 680 Hektar Tütün Əkdirib
FED.az xəbər verir ki, bunu şirkətinin direktoru Taro Savada Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət 2017-ci ildən Azərbaycanda biznes imkanlarını araşdırır ki, bunun nəticəsində artıq bir neçə rayonda tütünçülük sahəsində fəaliyyətdədir.
Qeyd edək ki, Yaponiya şirkəti tərəfindən 2019-cu ildə Azərbaycanda iki tütünqurutma müəssisəsi açılıb. (Apa)