Yeni zavod Xaçmaz rayonunun Xudat şəhərində tikilmiş “AZNUTS” MMC-nin fındıq emalı zavodudur.
Eləcə də bax: Azərbaycanda yeni meyvə emalı zavodu yaradılır - 16 MİLYON MANATLIQ LAYİHƏ
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, ildə 1,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 30-dən çox iş yeri açılacaq.
İnvestisiya dəyəri 2,7 mln. manat olan layihəyə Nazirlik tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 mln. manat güzəştli kredit verilib.
Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.