Azərbaycanda böyük ixrac potensialı olan aqrar sahələrdən biri də fındıqçılıqdır. Ölkədə müasir üsullardan istifadə etməklə fındıq istehsalının artırılması, məhsulun yeni bazarlara çıxarılması məqsədilə tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərdən biri də yeni texnologiyalar əsasında fəaliyyət göstərən fındıq emalı müəssisələrinin yaradılmasıdır.
Hacıqabulda 1200 nəfərin çalışacağı müəssisədə 35 min avtomobil - İSTEHSAL OLUNACAQ
FED.az xəbər verir ki, “AZNUTS” MMC-nin Xaçmaz rayonunun Xudat şəhərində tikilmiş fındıq emalı zavodu da belə müəssisələrdəndir. İldə 2,5 min ton qabıqlı fındıq emal etmək gücündə olan zavodda 200 nəfər daimi işlə təmin olunacaq. İnvestisiya dəyəri 2,7 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni müəssisədə yaradılan şəraitlə tanış olub. Sahibkarlarla səmimi söhbət zamanı Xaçmaz rayonunda yeni fındıq bağlarının salınması və emal müəssisəsinin yaradılması istiqamətində nəzərdə tutulan tədbirlərdən danışıb. (Trend)