2021-ci ilin noyabrında özəlləşdirilən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri dəyişib.
Eləcə də bax: “Azərtütün”ün özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin qalibi - AÇIQLANDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bundan sonra ASC-yə Tufan Kan rəhbərlik edəcək.
“Azərtütün” ASC ötən ilin sonları özəl şirkət olan “Tabaterra Leaf” QSC tərəfindən satın alınıb. Dövlət müəssisinin 85%-lik səhm paketini satın almışdı. T.Kan bundan öncə “Tabaterra” QSC-də çalışırdı.
Buna qədər şirkət Azərbaycan Sənaye Korporasiyasının strukturuna daxil idi. Bundan əlavə T.Kandan öncədə ASK-nın strukrurunda Türkiyə vətəndaşı rəhbər kimi təyinat almışdı. Belə ki, “ASK Şüşə” MMC-yə Cuneyt Cebeci rəhbər gəlmişdi.
Buna qədər isə “Azərtütün”ə Eldar Məmmədov rəhbərlik edirdi.
Xatırladaq ki, 20.33 mln. nizamnamə kapitalı olan “Azərtütün” 2018-ci ildən fəaliyyət göstərən “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin bazasında bu ay yaradılıb. Şirkətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə tütün emalı zavodu fəaliyyət göstərir.