İqtisadiyyat Nazirliyinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC Türkiyənin "Vetal Hayvan Sağlığı Ürünləri" Anonim Şirkəti ilə heyvandarlıq sahəsi üçün bioloji preparatların istehsalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.
Azərbaycanda dərman istehsalı ilə bağlı Türkiyə şirkəti ilə müqavilə imzalanıb - FOTO
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov özünün tviter səhifəsində yazıb.
Nazir qeyd edib ki, layihənin əsas hədəfləri Azərbaycanda müasir tələblərə uyğun bioloji preparat və peyvənd istehsalı, idxaldan asılılığının azaldılması, mərkəzləşdirilmiş laboratoriyanın yaradılması, xarici təcrübənin tətbiqi və yerli mütəxəssislərin hazırlanmasıdır.