Azərbaycanda dərman istehsalı ilə bağlı Türkiyə şirkəti ilə müqavilə imzalanıb.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Azərbaycan İnvestisiya Şirkəti ASC və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkəti “” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Layihə çərçivəsində Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq", - nazir yazıb.