Rusiyanın ən iri alkoqol istehsalçılarından biri “Tatspirtprom” SC Azərbaycanda məhsulun butulkalara doldurulmasını təşkil etməyi planlaşdırır.
Azərbaycanda butulkaya olan tələbatın 30-40%-ni bu - ŞİRKƏT ÖDƏYİR
FED.az xəbər verir ki, bu barədə Tatarstan Dövlət Alkoloq Müfəttişiyinin cümə günü kollegiya iclasının yekunlarına dair məlumatında qeyd olunur.
«Tatspirtprom»un brendləri Rusiyada və xaricdə kənar sahələrdə də butulkalara doldurulur. Ötən ilin sonunda «Tatspirtprom» Rusiya istehsalçılarından ilk olaraq Belarusda Qrodno likö-araq zavodunun gücü ilə «Tundra» flaqman brendinin istehsalına başlayıb. Strateji vəzifələrdən biri - xaricdə müqavilə ilə butulkalara doldurulmanın gələcək inkişafıdır. Planda Azərbaycanda və Qazaxıstanda məhsulların butulkalara doldurulması nəzərdə tutulub", - məlumatda qeyd edilir. (İnterfaks-Azərbaycan)