Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Sumqayıt şəhərində yerləşən "Alyans Tekstil" MMC-yə məxsus tekstil fabrikində olublar.
Azərbaycandakı məşhur geyim brendləri - BÖYÜK ENDİRİMLƏRƏ BAŞLAYIRLAR
KOBİA-dan FED.az-a bildirilib ki, istehsal fəaliyyəti ilə tanışlıq çərçivəsində fabrikin rəhbəri ilə müəssisənin inkişaf ehtiyacları və ixrac imkanları barədə fikir mübadiləsi aparılıb, agentliyin KOB-lara dəstək mexanizmləri və tədbirləri barədə məlumat verilib.
Qeyd edək ki, fabrikdə gündə 300-350 ədəd işçi geyimi istehsal olunur. Yaponiya və Almaniya istehsallı avadanlıqlara malik olan müəssisədə yerli və Türkiyə mənşəli xammaldan istifadə edilir. Fabrikdə Sumqayıt və Bakı şəhərlərindən olan 200-ə yaxın işçi çalışır. Müəssisə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində işsiz şəxsləri peşə təlimlərinə cəlb edir və kursu uğurla bitirənləri işlə təmin edir.