Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və Park Bulvar AVM-in birgə təşkilatçılığı ilə növbəti ay “Outlet Qaraj Günləri” təşkil olunacaq.
İş adamları ƏDV-nin ödənilməsi üçün - MÖHLƏT İSTƏYİRLƏR - TOPLANTI
Asossiasiyadan FED.az-a daxil olmuş məlumatda bildirilir ki, “Outlet Qaraj Günləri” 1-10 aprel tarixləri aralığında Park Bulvar AVM-in mənfi 2-ci mərtəbəsində, saat 10:00-dan 22:00-a kimi keçiriləcək. Məşhur brendlər istehlakşıları böyük endirimlərdən yararlanmağa dəvət edir.
“Outlet Qaraj Günləri”-ndə iştirak edəcək brendlərin siyahısı:
Tommy Hilfiger, Bebe, Lacoste, Angels, Pablosky, Adl, Accessorize, Benetton, Calvin Klein, Coccinelle, Liu Jo, Monnalisa, Sisley, Adidas, OVS, Tudors, Chicco, Twinset Milano, B&G Store, Orsay, Soo be, İnstreet, Hummel, Levis, English home, Cool Club, Greyder, Altınyıldız Classic, Colins, Mavi, İpekyol, Ted Baker, Pinko, Carpisa, Entertainer, Trussardi.