“Akkord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyət “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qoşulur.
Eləcə də bax: “Akkord” Gürcüstanda daha bir tenderin - QALİBİ OLUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2014-cü il noyabrın 28-də Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış “Akkord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qoşulması elan edilir.
“Akkord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün hüquq və vəzifələri (öhdəlikləri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinə əsasən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə keçir.
“Akkord Asfalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün kreditorları öz tələblərini “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə (Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllə, əlaqə telefonu- (012) 404 77 77) müraciət etməklə bildirməlidirlər.
Bildirək ki, “Akkord Asfalt” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 7 665 385 manatdır və qanuni təmsilçisi Anar Məmmədovdur.