İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti yeni məhsullar istehsal etməyi planlaşdırır.
Azərbaycan şirkəti ABŞ-a məhsul ixracına başlayıb
FED.az xəbər verir ki, "AzerFloat”dan verilən məlumata görə, zavodda rəngli şüşə, temperlənmiş və laminə olunmuş şüşələrin istehsal edilməsi nəzərdə tutulur.
Hazırda müəssisədə şəffaf şüşə istehsal olunur. Şirkət 2023-cü ildə 93 000 ton, bu ilin yanvar-fevral aylarında isə 15 000 ton şəffaf şüşə istehsal edib. Bu məhsullar Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan, İrlandiya, Mərakeş və ABŞ-yə ixrac edilib: “Yeni xarici bazarlara şüşə ixrac etmək üçün daim sərgilərdə məhsullarımızı təqdim edirik. Son belə sərgilər Dubay, İstanbul və Moskva şəhərlərində olub”.
Qeyd edək ki, “AzerFloat” QSC Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)