İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin ixrac coğrafiyası genişlənir. Belə ki, şirkət tərəfindən ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına (ABŞ) şüşə vərəqələrin ixracı həyata keçirilib.
Azərbaycanda yeni avtomobil zavodu - İŞƏ DÜŞƏCƏK
FED.az xəbər verir ki, Bu ölkəyə ilkin mərhələdə 69 tondan artıq məhsul göndərilib.
Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında şüşə vərəqələrin istehsalını həyata keçirir. 2023-cü ildə “Azerfloat” QSC tərəfindən 52 milyon manatdan artıq məhsul satışı həyata keçirilib ki, bunun da təqribən 50%-lik hissəsi ixracın payına düşür. İstehsal olunan məhsullar Türkiyə, İrlandiya, Mərakeş, Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə "Made in Azerbaijan" brendi adı altında ixrac edilib. (Vergiler.az)