İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “UPI - Universal Packing Industry” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karton istehsalına başlayıb.
Azərbaycan şirkəti ABŞ-a məhsul ixracına başlayıb
FED.az xəbər verir ki, bunu QSC-nin direktoru Fikrət Vəliyev deyib.
Onun sözlərinə görə, müəssisə karton istehsalı üçün tələb olunan xammalı Rusiyadan alır. Artıq Rusiyadan 560 ton xammal gətirilib.
Hazırda istehsal edilən məhsul daxili bazarın tələbatının ödənilməsinə yönəldilir. QSC daxili bazarın tələbatının 30-40 faizini ödəməyi nəzərdə tutur.
F.Vəliyev əlavə edib ki, istehsal etdikləri karton qida məhsulları, məişət texnikası və s. qablaşdırılması üçün istifadə edilir. Kartonlar müştərilərin sifarişlərindən asılı olaraq müxtəlif ölçüdə hazırlanır.
Qeyd edək ki, “UPI - Universal Packing Industry” QSC-yə 2019-cu ilin sentyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin ümumi investisiya dəyəri 4,8 milyon manatdan artıqdır. Zavod 2023-cü ilin oktyabr ayından fəaliyyətə başlayıb. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)