Gədəbəydə qızıl hasilatı ilə məşğul olan "Anglo Asian Mining plc" şirkəti etirazlardan və Azərbayan hökumətinin tələbindən sonra Söyüdlü kəndindəki müəssisəsinin fəaliyyətini bütün ekoloji və təhlükəsizlik çatışmazlıqları aradan qaldırılana qədər dayandırıb.
Britaniya şirkəti Söyüdlü kəndində tullantı anbarının tikintisi üçün - Ekoloji Tədqiqat Aparacaq
“Anglo Asian Mining”in Azərbaycanda qızıl hasilatı - KƏSKİN AZALIB
FED.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, zavodun fəaliyyətinin dayandırılması avqustda mis hasilatının təxminən 400 ton, mis hasilatının 300 unsiya azalması ilə nəticələnəcək.
Geoloji və dağ-mədən sahəsində konsaltinq xidmətləri göstərən “Micon International” (Micon) şirkəti Söyüdlü kəndi ərazisində monitorinq keçirməsi üçün cəlb edilib. Həmçinin tullantılar üzrə konsaltinq sahəsində ixtisaslaşan tanınmış beynəlxalq mühəndislik şirkəti “Knight Piesold” ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sorğusuna uyğun olaraq tullantıların idarə olunması məqsədilə gələcək qiymətləndirmələrdə əlavə araşdırma aparmaq üçün müqavilə bağlanıb. Məlumatda bildirilir ki, tullantı gölüİündən götürülmüş nümunənin nəticələri göstərib ki, göldəki siyanidin səviyyəsi Hökumət tərəfindən tələb olunan qanuni limitdən aşağıdır.
Məlumata görə, "Anglo Asian"ın icraçı direktoru və əsas səhmdarı (27,8 faiz) əslən İrandan olan ABŞ vətəndaşı Reza Vəziridir. İkinci ən böyük səhmdar (9,4 faiz) keçmiş qubernator Con Sununudur, o, ABŞ prezidenti Corc Buşun aparat rəhbəri vəzifəsində çalışıb. Sununu oğlu Mikayıl da idarə heyətindədir. Digər oğlu Kris Nyu-Hempşirin hazırkı qubernatorudur. (Marja)