“Əgər 2017-ci ildə ölkədəki sənaye zonalarının qeyri-neft sənayesi istehsalında xüsusi çəkisinin 3,2% idisə, hazırda 14,2%-dir”.
Eləcə də bax: Qeyri-neft sektoru üzrə ixrac 40 faizdən çox artıb - İXRAC İCMALI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.
Onun sözlərinə görə, sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı isə 18%-dir.
“Bu ilin 9 ayında sənaye zonalarından ixrac olunan qeyri-neft məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox - 320 milyon ABŞ dolları təşkil edib”, - o qeyd edib.