Sənayeləşmə siyasətinin inkişafına mühüm töhfə verən sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına yatırılan investisiyanın həcmi açıqlanıb
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 489 milyon manat, cari ilin 9 ayında isə 28 milyon manat vəsaitə qənaət ediblər.
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.