Son bir neçə gün ərzində Azərbaycanda inşaat materialları satılan mağazalarda sementlərin qiyməti bahalaşıb.
Azərbaycan sement ixracından 60 milyon dollar qazanıb - YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portlalı xəbər verir ki, mağazalarda satılan bir çox marka sementlərin qiymətində bahalaşma müşahidə olunur.
Xususilə də, “Norm” və “Holcim” markalı sementlərin satış qiyməti bahalaşıb. Belə ki, qiymət artımı 10-60 qəpik arasında olub. Bəzi mağazalar qiymətləri çox bahalaşdırsa da, elə mağazalar var ki, minimum qiymət artımı edib.
Sementlərin mağazalardakı satış qiyməti aşağıdakı kimi dəyişib:
“Norm 300” markalı sementin satış qiyməti bundan əvvəl 7,6 – 8 manat arası idisə, yeni qiymət minimum 7,7 manatdan başlayır 8,2 manata qədər dəyişir. “Norm 400” markalı sementin satış qiyməti 8,2 – 8,3 manata satılırdısa, yeni qiymət 8,5 – 8,7 manat olub. “Holcim 300” markalı sementin satış qiyməti 7,5 manatdan 8 manata qədər bahalaşıb. “Holcim 400” markalı sementin satış qiyməti 7,8 manatdan 8,4 manata kimi artıb. “Arkoz 300” və “Arkoz 400” markalı sementlərin də topdan alış qiymətinin 75 qəpik bahalşdığını deyirlər. Satış qiymətlərinin artımının da minimum 75 qəpikdən başlayacağı bildirilir.
Elə marka sementlər var ki, onların qiymət bahalaşmayıb. Satıcıların sözünə görə, “Azbentonit” markalı sementin qiyməti hələ bahalaşmasa da, yaxın günlərdə bu sementin də qiymətinin artacağı gözlənilir.
Bəzi satılıcılar deyir ki, sementin topdan qiymətləri bir-neçə nüddətdir qalxsa da, onlar qiymətləri son zamanlar qaldırmağa başlayıblar. Elə satıcılar var ki, hələ də, hazırda topdan alınan qiymətə satış həyata keçirir.










