2025-ci il ərzində Azərbaycandan 59,6 milyon dollar həcmində 957 min ton sement ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömruk Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 6,5 milyon dollar və ya 12,3%, miqdar ifadəsilə isə 106,3 min ton, başqa sözlə 12,5% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 53,1 milyon dollar dəyərində 850,7 min ton sement ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi sementin 1 kiloqramının orta ixrac qiyməti 10,6 qəpik təşkil edib. 2024-cü ildə də bu rəqəm eyni idi, qiymətdə cüzi - 0,2%-lik ucuzlaşma müşahidə edilib.
Bu il ümumi ixracın 0,24%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,64%-i sementin payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,20% və 1,58% olmuşdu.










