“Azgreentech” MMC-yə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib.
"Sabirabad Pilot Aqroparkda rezidentlər tərəfindən 3131 hektar sahədə əkin işləri görülüb"
FED.az İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, şirkət ərazidə plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək.
İnvestisiya dəyəri 2,3 milyon manat olan müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Bundan başqa “Azgreentech” respublikanın bir çox bölgələrində (Bakı şəhəri və Abşeron yarımadası xaric) plastik tullantıların toplama məntəqələri quracaq ki, bu da həmin ərazilərdə əlavə iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.
Müəssisənin istehsal edəcəyi məhsul çeşidlərinin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.