"Rusiyada çay, qəhvə və şokolad məhsullarının qiymətləri ilk növbədə idxal olunan xammalın qiymətindən təsirlənir. Həmçinin daxili bazarda müxtəlif qiymət kateqoriyalarında bu məhsulların geniş çeşidi mövcuddur."
Azərbaycan ötən il Rusiyadan çipslərin - DÖRDÜNCÜ ALICISI OLUB
FED.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Çay, qəhvə, şokolad məhsulları kimi məhsulların qiymətinə ilk növbədə Rusiyada istehsal olunmayan xammalın maya dəyəri təsir edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, bu məhsulların geniş çeşidi bazarda formalaşıb.”, - məlumatda bildirilir.
"Kommersant" qəzeti iri çay və qəhvə istehsalçılarının "çətin vəziyyətə" görə sentyabr ayından etibarən pərakəndə satış qiymətlərini 6-9% artıracağını yazıb. Məlumata görə, şirniyyat fabrikləri də məhsulların qiymətini 15% artırmağa hazırlaşırlar. (Marja)