2022-ci ilin yekunları üzrə Azərbaycan Rusiyadan kartof çipslərinin əsas alıcılarının siyahısında 4-cü yerdə qərarlaşıb.
Rusiyanın çipsi ixracında - REKORD
FED.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” Mərkəzi bildirir.
İxracın həcmi üzrə kartof çipslərinin əsas alıcıları Qazaxıstan (ixracın 37,6%-i) və Belarus (31,1%) olub. 2021-ci illə müqayisədə 2022-ci ildə Özbəkistana (+14,1% və ya +535,5 ton) və Azərbaycana (+21,1% və ya +633,8 ton) ixracda yüksək artım qeydə alınıb.
İxracın dəyəri üzrə Qazaxıstan (36,3%) və Belarus (32,2%) lider olub. İdxalçıların ilk beşliyinə Özbəkistan (9,3%), Azərbaycan (7,6%) və Qırğızıstan (3,9%) da daxil olub. (İnterfaks-Azərbaycan)