Rusiyanın Dövlət Nüvə Enerjisi Korporasiyası (Rosatom) Azərbaycanda nümayəndəliyini yaradıb.
Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası “Rosatom” Azərbaycanda - FİLİAL AÇDI
FED.az xəbər verir ki, Dövlət Vergi Xidməti "Rosatom Mərkəzi Asiya" Məhdud Məsuliyyətli Ortaqlığının Azərbaycan Respublikasındakı filialını qeydiyyata alıb.
Filialın hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr ev.25, qanuni təmsilçisi Rusiya Federasiyasının vətəndaşı Aslanov Murad Aliyeviçdir.
Rusiya Dövlət Atom Enerjisi Korporasiyası (Rosatom) bu gün atom elektrik stansiyası (AES) tikintisinin sayına görə dünyada birinci yerdədir. Rosatom nüvə yanacağı istehsalında isə üç dünya liderindən biridir. (Marja)