Fasad, qapı və pəncərə profillərinin istehsalı ilə məşğul olan “PANO” ASC 2021-ci ili təxminən 85 min manat xalis zərər ilə başa vurub.
Eləcə də bax: "Bakı Dəmir Beton-4" şirkətinin gəlirləri və xalis mənfəəti - ARTIB
FED.az xəbər verir ki, 2021-ci ildə şirkətin cəmi gəlirləri 3 milyon 517 min manat, cəmi xərcləri isə 3 milyon 602 min manat təşkil edib.
“PANO” şirkəti pəncərə və qapılar üçün alüminium profillərin, WPС ekstruziya məhsullarının, pəncərə altılar üçün örtüklərin, interyer və eksteryer üçün dekinq-məhsulların, taxtadan hazırlanmış daxili və xarici qapıların, taxtadan üzləmə məhsulların istehsalı ilə məşğul olur.
Şirkətin fabrikinin istehsal sahəsi 15000 kv.m , qapalı anbarın sahəsi - 3000 kv.m, açıq anbarın sahəsi isə 8000 kv.m təşkil edir.
Bununla yanaşı “PANO” şirkət Almaniyanın VEKA şirkətinin qapı və pəncərə sistemlərinin yığılma və quraşdırması, eləcə də PVX profili istehsalı üzrə rəsmi və sertifikatlı distribyutorudur.
"Pano" şirkəti "Port Baku Residences", Heydər Əliyev Mərkəzi (daxili şüşələmə işləri), yaşayış və qeyri-yaşayış təyinatlı layihələrdə iştirak edib. (Marja)