"Bakı Dəmir Beton-4" ASC 2021-ci ili 294 min 511 manat xalis mənfəət ilə başa vurub. Halbuki, ASC 2020-ci ili 285 min 400 manat xalis mənfəət ilə bağlamışdı.
Eləcə də bax: Azərbaycanda daş yunu zavodu - AÇILACAQ
FED.az xəbər verir ki, 2020-ci ildə "Bakı Dəmir Beton-4"ün cəmi gəlirləri 500 min 634 manat ikən, 2021-ci ildə 547 min 454 manata yüksəlib.
Şirkətin xərcləri isə 143 min 885 manatdan 179 min 315 manata qalxıb. Ötən il "Bakı Dəmir Beton-4" 368 min 179 manat əməliyyat mənfəətindən 73 min 628 manat mənfəət vergisi ödəyib. (Marja)