"Bakı Şampan Şərabları" ASC 2021-ci ili 38 manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 77 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Bakı Şampan Şərabları"nın xalis zərəri 2 dəfə azalıb. Zərərin azalması sair əməliyyat gəlirlərinin artması və inzibati xərclərinin azalması ilə əlaqədardır.
Eləcə də bax: 2021-ci ildə “Göyçay Şərab”ın zərəri - 1,5 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, "Bakı Şampan Şərabları" ASC-nin satışları olmadığından əsas əməliyyat gəliri (satışdan gəlir) əldə etmir.
"Bakı Şampan Şərabları" sair əməliyyat gəlirləri 2020-ci ildə 157 min manat ikən, 2021-ci ildə 174 min manat təşkil edib.(Marja)