2021-ci ilin yekunları üzrə “Göyçay Şərab” ASC-nin zərəri 1 milyon 236,573 manat təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 51,1% çoxdur.
Eləcə də bax: "Bakı Şərab -1" zərərdən mənfəətə - KEÇİB
FED.az xəbər verir ki, 2021-ci il ərzində cəmiyyətin maliyyə hesabatına əsasən, hesabat dövründə əsas əməliyyat gəlirləri 7 milyon 375,511 min manat (artım 8,4 dəfə), satışlarım maya dəyəri – 8 milyon 732,818 min manat (artım 5,1 dəfə) təşkil edib.
1 yanvar 2022-ci il tarixinə cəmiyyətin kapitalı 80,947 min manata bərabərdir (azalma 20 dəfə). Həmçinin nizamnamə kapitalı 46,248 min manat (dəyişməyib), bölüşdürülməmiş mənfəəti – 34,699 min manat (azalma 45,4 dəfə) təşkil edib.
Cari ilin əvvəlinə müəssisənin öhdəlikləri 16 milyon 108,355 min manat (azalma 11,7%) təşkil edib, bunun 12 milyon 762,687 min manatı - qısamüddətli öhdəliklərin, 3 milyon 345,668 min manatı - uzunmüddətli öhdəliklərin payına düşüb.
“Göyçay Şərab”ASC alkoqollu içkilərin istehsalı və satışı fəaliyyəti ilə məşğuldur.
1985-ci ildə istifadəyə verilmiş, şərab emalı müəssisəsinin bazasında 2005-ci ildə “Göyçay Şərab” ASC yaradılıb. Mövsüm ərzində 15 min tona qədər üzüm qəbul etmək istehsal gücünə malikdir. Müəssisədə istehsal olunan məhsul Rusiyaya ixrac edilir. (İnterfaks-Azərbaycan)