2023-cü ilin yanvar-noyabr aylarında "AzerGold" QSC 110 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 18,4 milyon dollar və ya 20,1% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində "AzerGold" QSC 91,6 milyon dollar dəyərində məhsul ixrac edib.